KKTC Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk

post-img

Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanla əlaqələrə böyük önəm veririk.

AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç aprelin 5-də keçirilən mətbuat konfransında səsləndirib.

Serhan Aktunç qeyd edib ki, Türkiyə, Azərbaycan və Şimali Kipr birliyi üzərində düşünülməsi və bu istiqamətdə müvafiq addımlar atılması vacibdir.

"Ümid edirik ki, Azərbaycan kimi Türk Dövlətləri Təşkilatının digər üzvləri də Şimali Kipr Türk Cümhuriyyətini dəstəkləyəcəklər", - deyə KKTC Baş nazirinin müavini vurğulayıb.

Siyasət