31 mart 2026-cı il saat 11:00-da Ağdaş rayonu, Qaradağlı kəndi, cəmiyyətin inzibati ərazisində “Ağdaş Quşçuluq” Açıq Tipli Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid illik hesabatının müzakirəsi və təsdiqi.
2. Cəmiyyətin adının dəyişdirilməsi və nizamnaməsinin yeni redaksiyada təsdiqi.
3. Cəmiyyətin icra orqanının formalaşdırılması.
4. Cəmiyyətin balansında olan istismara yararsız əsas vəsaitlərin silinməsi və (və ya) özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi.
5. Cəmiyyətin fəaliyyətinin bərpası məqsədilə investisiyaların cəlb edilməsi məsələsinin müzakirəsi.
6. Cəmiyyətin istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması və ya özəlləşdirilməsi məsələsinin müzakirəsi.
7. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən inzibati binasında tanış olmaq mümkündür.
Əlaqə telefonu: (050) 626-04-94.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

