Ağstafada Xocalı qurbanlarının xatirəsi yad edilib

post-img

           26 fevral Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ağstafa şəhərində Şəhidlər memorial kompleksi ziyarət olunub.

         Tədbirə Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları qatılıblar. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

                             Hamlet QASIMOV, 

XQ

Ağstafa

 









Qan yaddaşı