Anadan olmasının 530 illiyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığı hər zaman aktualdır. Onun əsərləri teatrların repertuarında da daimi yer alır.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu mövsümü məhz dahi Füzulinin eyniadlı poeması əsasında dramatik janrda hazırlanan “Leyli və Məcnun” tamaşası ilə açıb. Bu günlərdə isə tamaşa bir daha göstərilib və böyük maraqla qarşılanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Tamaşada rolları Əməkdar artistlər Mehriban Abdullayeva, Nofəl Vəliyev, Elnur Hüseynov, Qəmər Məmmədova, Rasim Cəfər, aktyorlar Bəhram Əliheydər, Səbinə Məmmədzadə, Nuriyyə Əliyeva və başqaları ifa ediblər.
Tamaşa klassik geyimləri, musiqi dramaturgiyası və gözəl dekorasiyası, eyni zamanda, maraqlı, dinamik və plastik aktyor oyunları ilə diqqəti cəlb edib.
XQ