Meksikalı diplomatlar İrandan Azərbaycana keçiblər

post-img

“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.

Təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib. 

Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.

Son xəbərlər