Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb. Hava limanı ilə tanışlıq zamanı qonaqlar aeroport haqqında məlumat verilib.

Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.







Son xəbərlər