Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər

post-img

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla anıb.

Bu barədə XQ-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.



Son xəbərlər