Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Günay Əfəndiyeva sosial şəbəkə hesabında paylaşım edib.
“Türk Dünyasının görkəmli dövlət xadimlərindən biri Mövlud Çavuşoğlu ilə səmimi görüş keçirdik. Çox şadam ki, uzun müddət türk xalqlarının mədəni irsinin və tarixi-mənəvi dəyərlərinin daha artıq inteqrasiyası və təbliği sahəsində işguzar faaliyyətimizi Parlamentlər arasında da davam etdirəcəyik”, - deyə G.Əfəndiyeva bildirib.