Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Sentyabrın 30-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 4 tüfəng, 6 patron darağı və 43 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir.

Sentyabrın 30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 22 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər