On kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 9,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər oğurluğa görə  məhkum olunmuş 41 yaşlı Z.Vənətiyev saxlanılıb. Ondan külli miqdarda marixuana aşkar olunaraq götürülüb.


Araşdırma aparılır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər