Avtoyuma məntəqəsində avtomobildən 20.875 manat pul oğurlanıb

post-img

Bakının Binə qəsəbəsi ərazisindəki avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manatın oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb.

Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Paytaxtın Nəsimi rayonu ərazisində  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfərin mobil telefonlarını və pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Kərimov və  bir qadın müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

P. ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər