Tapılmış çətənə kolları məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 24-də ümumi çəkisi 16,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 3565 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Çağan kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Allahverdiyevdən 430 qrama yaxın marixuana, kənd ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 28 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ulacalı kəndi ərazisində yabanı halda bitmiş 2,2 ton çəkidə 3120 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər