Səsverməyə gələn seçicilərlə son dərəcə nəzakətlə davranmaq lazımdır. Səs vermək hər bir vətəndaşın konstitusiya hüququdur. Heç kim bu hüququ poza bilməz. MSK sədri Məzahir Pənahov bildirib ki, dairə və seçki məntəqələrində hər cür şərait yaradılıb. Seçkiyə qədər treninqlər, maarifləndirmə tədbirləri keçirilir. Bütün bunlarda məqsəd seçkilərin insidentsiz, qanunvericiliyin tələblərinə uyğun keçirilməsidir.
MSK sədri dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edərək deyib ki, insanlarla davranış qaydalarına diqqət yetirməli, hansısa bir pozuntuya, neqativ hala yol verilməməlidir. Əgər ciddi problem yaranarsa, bu zaman MSK-ya müraciət olunmalıdır. Seçkilər dövlət əhəmiyyətli məsələ olduğu üçün şəxsi maraqlar arxa planda qalmalıdır. MSK sədri bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaqdır.