Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.

C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

***

Dünən Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə nümayəndə heyətimizə Azərbaycan XİN-in  Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya XİN-in Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib. 

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.

Son xəbərlər