Venesiya Biennalesində Azərbaycan pavilyonu

post-img

Heydər Əliyev Fondunun təşki­latçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbay­can pavilyonunun açılışı olub. 

AZƏRTAC xəbər verir ki, noyabrın 24-dək davam edəcək 60-cı Venesi­ya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altın­da keçirilir. 

Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzər­dən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq, biennalenin şüarını özündə əks etdirir. 

Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti­nin köməkçisi, Heydər Əliyev Fondu­nun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəs­samlarına fond tərəfindən göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki, Heydər Əliyev Fondu, həmçinin Vene­siya Biennalesində Azərbaycanın pa­vilyonlarının ərsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o cümlədən, layihənin kuratoru – müasir incəsənət sahəsi üzrə tənqidçi, sənət­şünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun ku­ratoru olmuş Luka Beatrisə, Azərbay­canın Mədəniyyət Nazirliyinə, həmçi­nin Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib. 

Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka Beatris isə Azərbaycanın müasir memarlığının ta­rixlə dialoqda olduğunu, incəsənətimi­zin isə gələcəyə yönələn münasibətin ən sadiq güzgüsü olduğunu bildirib. Luka Beatris tədbir iştirakçılarını qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər etməyə ça­ğırıb. 

Sonra qonaqlar Azərbaycan pavil­yonu ilə tanış olublar. 

Pavilyonumuzu ziyarət edənlər ara­sında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi də olub. 

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çər­çivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi və digər ölkələrdən olan həm­karları ilə görüşüb. 

Ölkəmiz müasir incəsənət sahəsin­də dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 60-cı Venesiya Bien­nalesindəki Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağa­raziyevanın əsərlərinin zəngin palitra­sı vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır.



Son xəbərlər