Naxçıvanla sərhəddə mövqelərimiz atəşə tutulub

post-img

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə XQ-yə Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silah­lı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakil­sə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azər­baycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şah­buz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fa­silələrlə atəşə tutub", – nazirlik açıqlayıb.

XQ

Son xəbərlər