Oğurluq edənlər saxlanılıb

post-img

Metro stansiyalarından birində qadının içərisində pulu, bank kartı və sənədləri olan çantası oğurlanıb. Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən T.Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir evdən 4360 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində evlərin birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Muradov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər