Vlada Qalan: "Seçkilərdə inanılmaz yüksək fəallıq var"

post-img

Azərbaycanda Prezident seçkilərində inanılmaz yüksək fəallıq var. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Amerikanın "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Vlada Qalan bildirib.

Seçici fəallığının yüksək faizini Qarabağdakı qələbə şövqü ilə əlaqələndirən Vlada Qalan bu göstəricilərin çox ümidverici olduğunu vurğulayıb: "Bu axşam saat 19:30-da keçirəcəyimiz mətbuat konfransında "exit-poll"un nəticələrini açıqlayacağıq. Seçici fəallığında inanılmaz dərəcədə artım var. Səhərki hesabatımızda da gördük ki, bu seçkidə seçici fəallığı daha yüksəkdir".

“Oracle Advisory Group” nümayəndəsinin sözlərinə görə, bu gün təşkilat data mərkəzində 20 stansiya quraşdırıb.

"Bu məlumatlar sahədən daxil olduqdan sonra yüklənir və hazırda Bakıda yerləşən keyfiyyətə nəzarət qrupuna göndərilir. Oradan məlumatların emalı üçün Nyu-Yorkdakı prosessinq mərkəzinə göndərilir. Təşkilat hazırda məlumatları emal edib. Hal-hazırda təşkilat iki hesabat dövrü üçün məlumatları emal etdi, daha biri qaldı.

""Oracle Advisory Group" və onun tərəfdaşları 2000-ci ildən Azərbaycanda fəal işləyirlər. Oracle Advisory Group-un davamlı olaraq şirkətlə əlaqəli olan hazırkı tərəfdaşları fəal iştirak edirlər. Bu gün Azərbaycanda bir konstitusiya referendumu ilə yanaşı, beşinci seçki keçirilir. Bu xüsusi seçki üçün biz seçkiqabağı sorğu keçirdik, onun nəticələri ötən cümə günü Qarabağda açıqlandı. Əlavə olaraq, bu gün biz “exit-poll” keçiririk, onun məqsədi seçki məntəqələri bağlanana qədər günün sonuna kimi 60 mindən çox seçicidən müsahibə götürməkdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu exit-poll keçirmək üçün Oracle Advisory Group 40 seçki dairəsini (500-dən çox seçki məntəqəsi) əhatə edib.

"Bura Qarabağ bölgəsindəki 6 seçki dairəsi daxildir ki, bu da mühüm tarixi məqamdır. Bu, ilk dəfədir ki, bu dairələrdə monitorinq aparılır və biz regiona bu cür sorğular keçirmək üçün giriş əldə edən ilk Qərb şirkətiyik. "deyə əlavə etdi.

Son xəbərlər