Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Dekabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə Komissiyanın 2023-cü il oktyabrın 18-də və 20-də, dekabrın 8-də keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması məsələsinə baxılıb. Bildirilib ki, işğal­dan azad edilmiş ərazilərdə məskunla­şan və uzunmüddətli tikinti-quruculuq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının qanunvericiliyə uy­ğun təmin edilməsi, eləcə də Seçki Mə­cəlləsinin bununla bağlı tələbinin ödənilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin təşkili zərurəti yaranıb. Komissiyanın qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərində qanunvericiliyin tələblərinə uyğun ola­raq 1 saylı Şərur–Sədərək, 2 saylı Şə­rur–Kəngərli, 3 saylı Babək–Şahbuz–Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək–Naxçıvan–Culfa, 47 saylı Sumqayıt–Abşeron–Qaradağ, 75 say­lı Yardımlı–Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər–Naftalan–Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbra­yıl–Qubadlı, 121 saylı Laçın, 122 say­lı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd, 125 saylı Zəngilan–Qubadlı seçki da­irələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və həmin seçki məntəqələri üzrə yeni məntəqə seçki komissiyalarının formalaşdırıl­ması aidiyyəti seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

İclasda sözügedən seçkilərlə əlaqə­dar maarifləndirmə tədbirlərinin təşki­linə dair məsələyə də baxılıb. Azərbay­can Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiə­sinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na və Seçki Məcəlləsinə əsasən seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsay­lı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramının gerçək­ləşdirilməsi qərara alınıb.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər