Livanda evlənən gənclər “Azərbaycan şəhidləri” abidəsini ziyarət edirlər

post-img

Livanda Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə artıq yerli gənclərin ziyarətgahına çevrilir.

Yerli media yazır ki, Kavaşra qəsəbəsində gənclər evləndiyi zaman həmin bölgədə Azərbaycan şəhidləri üçün ucaldılmış abidəni ziyarət edirlər. Bu, artıq ənənə halına gətirilib. Gənclər Azərbaycan şəhidlərini öz şəhidləri kimi qəbul edir və abidənin önündə təzim edirlər.

Qeyd edək ki, 2022-ci ilin 8 noyabr tarixində Zəfər bayramı münasibəti ilə Azərbaycan Respublikasının Livandakı səfirliyinin sabiq müvvəqqəti işlər vəkili Şahin Pənahov tərəfindən xatirə abidəsi ucaldılıb.

 

Anar ƏLİ,

XQ

Son xəbərlər