Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.
Bu barədə Türkiyə Yüksək Seçim Qurumunun sədri Ahmet Yener jurnalistlərə açıqlamasında söyləyib. O, bildirib ki, Türkiyə vaxtı ilə saat 02:25-ə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.

