Media nümayəndələri Sabirabad Rayon Prokurorluğunda

post-img

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilir.

Tədbir çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"





Son xəbərlər