Baş Prokurorluğun növbəti regional konfransı Sabirabadda keçirilir

post-img

Baş Prokurorluq tərəfindən Sabirabad şəhərində "Korrupsiya ilə mübarizədə Heydər Əliyev irsi" regional konfransı öz işinə başlayıb.

Bu barədə "Xalq qəzeti"nin Sabirabad şəhərinə ezam olunmuş əməkdaşı məlumat verib.

Konfrans Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarovun, Milli Məclisin deputatı Kamal Cəfərovun, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"





Son xəbərlər