Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Mazer ilə görüş keçirib.
XQ xəbər verir ki, bu barədə nazirin "X" hesabında paylaşım edilib.
Görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib.
Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan "Rəqəmsal Nəqliyyat Əkizi" və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib.

