Ceyranbatan suyu Pirallahıya axacaq

post-img

Azərbaycan Dövlət Su Ehti­yatları Agentliyindən bildirilib ki, Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layi­hələrindən biri də Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisidir.   

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə ayrılan yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən başlanılıb. Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və magistral boyu qəsəbələrə suyun çatdırılmasıdır. 

Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, sənaye və xidmət sahələrinin inkişafına və təxminən, 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə tikinti işləri 47 faiz tamamlanıb.

 

İqtisadiyyat