2025-ci ilin yanvar-aprel aylarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2 milyon 979 min 167 sərnişin daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin və ya 16,1 faiz çoxdur. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, yanvar-aprel aylarında Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2 faiz artım deməkdir.
Hesabat dövründə Bakı – Ağstafa – Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb. Bu marşrutla sərnişin daşınması əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 nəfər və ya 18,1 faiz artıb. İlin ilk dörd ayında Bakı – Qəbələ – Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,3 faiz azdır. Bu müddətdə Bakı – Balakən – Bakı marşrutu üzrə isə 23 min 431 sərnişin daşınıb.
Cari ilin ilk 4 ayında ölkəmizə gəlmiş xarici turistlərin 8 min 281 nəfəri regionlara səfərlərini qatarlarla həyata keçiriblər. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 min 35 sərnişin və ya 33 faiz artım deməkdir.