Bu gün Braziliyada keçiriləcək COP30 qlobal iqlim sammitinin prezidenti müəyyən olunacaq.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təyin olunacaq vəzifəyə bu ölkənin Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Korrea do Laqonun seçilməsi gözlənilir.
Korrea do Laqo 2011-2013-cü illərdə, həmçinin 2023-cü ildən qlobal iqlim sammitlərində Braziliyanın nümayəndəsidir. O, 2001-ci ildən iqlim diplomatiyası və davamlı inkişaf sahəsində çalışır. Noyabr ayında keçiriləcək COP30 sammitində Korrea do Laqo ölkələrin nümayəndə heyətləri arasında baş koordinator və vasitəçi rolunu oynayacaq.