Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 2 min 167,1 ton qızıl istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,9 ton və ya 1,7 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 390,3 ton təşkil edib ki, bu da illik müqayisədə 102,5 ton və ya 35,6 faiz çoxdur. Xatırladaq ki, ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 287,8 ton olub.
Cari ilin 9 ayının nəticələrinə əsasən Azərbaycandan İsveçrəyə 115 milyon 265,3 min dollar dəyərində 2 min 902 ton qızıl ixrac edilb. Xarici ölkələrdən isə, ümumilikdə, 1 milyard 833,9 milyon dollar dəyərində 23 min 859 tona yaxın qızıl idxal edilib.