İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 43 min 899 ipoteka krediti verilib

post-img

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 43 min 899 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 557 milyon 824 min 656 manatdır.

İqtisadiyyat