Dünya Kubokunda gimnast təmsilçilərimiz

post-img

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy”də iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova və Ayan Şabanova təmsil edəcəklər.

Gimnastlar turnirdə kişi və qadınların fərdi proqramında, qarışıq, qadın və kişi sinxron cüt kateqoriyalarında bacarıqlarını göstərəcəklər.

Dünya Kubokunda, həmçinin Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar da iştirak edəcəklər.

Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman