Azərbaycan çempionu 4 həndbolçu transfer edib

post-img

Qadın həndbolçular arasında son Azərbaycan çempionu “Azəryol” heyətinə dörd oyunçu cəlb edib.

Bu barədə AZƏRTAC-a Bakı klubunun baş məşqçisi Aleksandr Revva məlumat verib.

Onun sözlərinə görə, komanda İrina Pançenko (qapıçı), İrina Mixalkoviç, Zinayda Akundova və Aida Zafarovanı transfer edib. Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Azəryol” Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

İdman