Şahmatçılarımız dünya çempionatında

post-img

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı başlayıb.

Azərbaycan komandası bu nüfuzlu yarışda 5 şahmatçı ilə təmsil olunur. İlk turda idmançılarımızdan 4-ü – Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova qələbə qazanıblar. Lalə Hüseynova isə məğlub olub.

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

L.QURBANOVA
XQ

İdman