Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik

post-img

"Bu gün ad günümdür. Təbrikə görə çox sağ olun. Ümid edirəm ki, sabah futbolçularım qələbə qazanmaqla mənə ad günü hədiyyəsi edəcəklər".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəkləri səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Tallinə qələbə üçün yollandıqlarını bildirib: “Rəqibin hər iki matçını izləmişəm. Futbolda qol vurub top buraxmayan qələbə qazanır. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Çox gərgin oyun olacaq. Hər iki komandanın motivasiyası fərqlidir”.

Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman