UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olub.
Ağdam klubu Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budyo-Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” klubları ilə qarşılaşacaq. Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.
Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
2024-cü il
I tur
25-26 sentyabr
“Qarabağ” – “Ayaks”
II tur
3 oktyabr
“Tottenhem” – “Qarabağ”
III tur
24 oktyabr
“Qarabağ” – “Lion”
IV tur
7 noyabr
“Olimpiakos” – “Qarabağ”
V tur
28 noyabr
“Qarabağ” - “Malmö”
VI tur
12 dekabr
“Budyo-Qlimt” – “Qarabağ”
2025-ci il
VII tur
23 yanvar
“Qarabağ” – “Styaua”
VIII tur
30 yanvar
“Elfsborq” – “Qarabağ”