Yeniyetmə taekvondosu başa çatıb

post-img

Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.  Taekvondoçular yeni qaydalara uyğun boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) əsasən yarışıblar.

Oğlanlar arasında Əli Həsənzadə (Xəzər TK, 152 sm), Səid Feyzullayev (Gömrükçü, 156 sm), Sərxan Talıbzadə  (Şuşa TK, 176 sm) birinci yeri tutublar. 

Qızların yarışında isə Məryəm Cəfərova  (Quba-Xaçmaz RGİİ, 152 sm), Ləman Manafova  (Alpman TK, 156 sm, Gülnaz Abdullayeva  (Cəsur TK, 168 sm) qalib adını qazanıblar. 

Leyla SABİRQIZI 
XQ

İdman