Vüqar Həşimov Memorial-2023”: 3 şahmatçı eyni xala malikdir

post-img

Qəbələdə təşkil edilən şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirində daha 3 turun partiyaları keçirilib.

Turnirin mətbuat xidmətinin məlumatına görə, 6 turdan sonra üç şahmatçının eyni xalı var. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıb. Onların 6 xalı var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin son pillələrindədir.

Leyla SABİRQIZI 
XQ

 

İdman