Maşınlardan telefonlar oğurlanıb

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazisində “Toyota”, “Ford” və “QAZ-31” markalı avtomobillərdən 4 ədəd mobil telefon oğurlanıb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Bu cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Yusifov, S.Əliyev, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Yevlax rayon sakini M.Atakişiyev və Bakı şəhər sakini Ə.Mövsümov saxlanılıblar.

Araşdırma aparılır.

XQ

Hadisə