Cəsarət Valehovun yeni vəzifəsi məlum oldu

post-img

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri, tanınmış jurnalist Cəsarət Valehova yeni vəzifə verilib.

XQ Elm və Təhsil nazirliyinə istinadən xəbər verir ki, nazir Emin Əmrullayevin əmri ilə o, Təhsil İnstitutuna direktor müavini təyin edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl nazirlik aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

Anar ƏLİ

XQ

Elm