Bakı Limanı Günəşdən enerji alacaq

post-img

Azərbaycanın COP29-dakı pavilyonunda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Malayziya kapitallı “Tiza Green Energy” MMC arasında çərçivə sazişi imzalanıb. Saziş yaşıl texnologiyaların və bərpaolunan enerji mənbələrinin inkişafı üzrə əməkdaşlığı, xüsusilə də Ələt limanında günəş panellərinin quraşdırılmasını nəzərdə tutur.

İmzalanma mərasimində Bakı Limanının baş direktoru Taleh Ziyadov sözügedən sənədin yaşıl keçid üzrə kompleks həllər sahəsində çox mühüm addım kimi dəyərləndirib.

Ekologiya