Rusiya Prezidenti Vladimir Putin dünən Moskvaya səfərə gəlmiş suriyalı həmkarı Bəşər Əsədlə danışıqlar aparıb. Bu barədə iyulun 25-də Kremlin mətbuat xidməti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.
“Bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləriniz çox maraqlıdır. Təəssüf ki, pisləşməyə meyllidir, biz bunu görürük… Yaxşı, ticarət-iqtisadi əlaqələrimizə gəlincə, burada çoxlu suallar var”, - deyə Putin bildirib.
Əsəd, öz növbəsində bildirib ki, onun Rusiyaya səfəri ölkələr arasında diplomatik münasibətlərin bərpasının ildönümünə təsadüf edir. Son onilliklər ərzində həm Rusiya Federasiyası, həm də Suriya mürəkkəb transformasiya proseslərindən keçib.
P.ƏMİRCANOV
XQ