Ukrayna hərbçiləri Volçanskın mərkəzi hissəsində irəliləyərək Xarkov vilayətinin şimalında mövqelərini geri alıblar.
Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Məlumata görə, ukraynalıların irəliləyişini Xarkov istiqamətində fəaliyyət göstərən pilotsuz batalyonun komandiri də təsdiqləyib. Hərbçilər Xarkov vilayətinin şimalında vəziyyətin sabitləşdiyini, Rusiya qoşunlarının iyunun 12-dən bəri ciddi irəliləyiş əldə etmədiyini bildiriblər.
“Rusiya Federasiyası bu istiqamətdə zəif təchiz olunmuş hücum bölmələri və nizami qoşunlardan istifadə edir. Rusiya Silahlı Qüvvələri bu sahədə itkilərini sürətlə artırır. Bundan əlavə, ruslar bu istiqamətdə ərazini uzaqdan minalamağa çalışırlar”, - materialda təsvir edilir.
ISW rus qoşunlarının Xarkov istiqamətində demək olar ki, bütün 83-cü Hava Desant Briqadasını, xüsusən də şəxsi heyətin döyüşməkdən imtina etməsi səbəbindən itirə biləcəyi barədə məlumatı da şərh edib. Analitiklər hesab edirlər ki, bəyanat şişirdilİB, çünki heç bir sübut yoxdur.
İyunun 11-də ISW Rusiyanın 83-cü briqadasının bölmələrinin Çasov Yar yaxınlığında fəaliyyət göstərdiyi barədə məlumat yayıb.
"Briqada, yəqin ki, Xarkov vilayətində əhəmiyyətli itkilər verib və bu, onu döyüş qabiliyyətini itirib, lakin bu, çətin ki, onun tam məhvinə gətirib çıxarsın", - hesabatda qeyd olunur.
S.ELAY
XQ