NATO ölkələrinin XİN başçıları Ukraynanı müzakirə edəcəklər

post-img

NATO ölkələrinin xarici işlər nazirləri alyansa aid mövzuları və əsasən Ukraynaya dəstək məsələlərini müzakirə etmək üçün Praqada bir araya gələcəklər. Çexiyanın paytaxtında baş tutacaq qeyri-rəsmi görüş bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq çərçivəsində baş tutacaq. Xəbəri “Anadolu” verib.  

İki gün davam edəcək toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Nazirlər alyansın gündəliyindəki çəkindirmə və müdafiə məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq, Ukraynaya dəstəyi ətraflı müzakirə edəcəklər.

İclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya sursatlarının göndərilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Ukraynaya davamlı dəstəyin təmin edilməsi üçün alyans daxilində institusionallaşma və yükü ədalətli şəkildə bölüşdürmə yolları nəzərdən keçiriləcək.

Hava hücumundan müdafiə məsələsinin həm Ukraynaya dəstək çərçivəsində, həm də Yunanıstan və Polşanın təklif etdiyi “Avropada ümumi hava məkanı” kontekstində müzakirə ediləcəyi gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya