Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumatı “Anadolu” verib.
Açıqlamaya görə, Varhelyinin mayın 23-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub. Tərəflər Ankara ilə Brüssel arasında münasibətlərin vəziyyətini müzakirə edəcəklər.
Həmçinin, regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
P.ƏMİRCANOV
XQ