Almaniya MN: Makronun qoşun yeritmək təklifi faydasızdır

post-img

Fransa prezidenti Emmanuel Makronun Qərb dövlətlərinə Ukraynaya yardım məsələsində “qorxaq olmamaq” barədə çağırışı, eləcə də münaqişə zonasına qoşun yeritmək təklifi faydasızdır. Bu fikri Almaniyanın müdafiə naziri Boris Pistorius martın 5-də isveçli həmkarı Pol Yonssonla birgə mətbuat konfransı zamanı deyib. Məlumatı “İzvestiya.ru” verib.

“Məncə, quru qoşunlarının istifadəsi və ya az-çox cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur” deyə Pistorius bildirib.

Nazirin sözlərinə görə, əsgərlərin göndərilməsi Ukraynada problemlərin həllinə kömək etməyəcək. O, əlavə edib ki, yardımın daha effektiv yolu sənayenin istehsal gücünü, məsələn, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalını artırmaqdır.

 

P.ƏMİRCANOV

XQ

Dünya