Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Yeni paketə 194 fiziki və hüquqi şəxs daxildir. Mətndə, həmçinin bildirilir ki, bu dəfəki sanksiyalar Rusiya Federasiyasının pilotsuz uçuş aparatlarının komponentlərinə “çıxışını məhdudlaşdırmaq” məqsədi daşıyır.
Həmçinin 13-cü anti-Rusiya sanksiyalar paketinə Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədən şirkətlər daxil edilib. Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə 27 təşkilatı 13-cü sanksiya paketinə daxil edib.
Fevralın 22-də London bu siyahıya bir neçə iri rus şirkətinin rəhbərlərini əlavə etməklə anti-Rusiya sanksiyalarını genişləndirib.
UMMC, ALROSA və NOVATEK rəhbərliyinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Siyahıya Çin, Belarus, Türkiyə və BƏƏ şirkətləri də daxil edilib.
Bundan əvvəl Çin öz şirkətlərini sanksiyalardan qorumaq üçün tədbirlər görəcəyini vəd edib.
S.ELAY
XQ