Tokayev: Rusiya və Ukrayna danışıqlara hazırdır

post-img

Rusiya və Ukrayna sülh danışıqlarına hazırdır. Sadəcə, hər iki tərəf üçün qəbul olunan əsası tapmaq lazımdır. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyada bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

O, bunları Almaniya Kansleri Olaf Şoltsa da dediyini bildirib. 

Onun sözlərinə görə, artıq ağıllı, rasional diplomatiya erası yaxınlaşır: “Sadəcə, qarşılıqlı ittihamlardan əl çəkmək və işgüzar danışıqlara başlamaq lazımdır. Qazaxıstan münaqişənin həlli ilə bağlı bu və ya digər variantı təqdim edən müvafiq ölkələrin bütün səylərini dəstəkləyir. Biz də istənilən səyi göstərməyə hazırıq”. 

Takayev ölkəsinin hərbi əməliyyatları dərhal dayandırmağın və BMT nizamnaməsi əsasında danışıqlara başlamağın tərəfdarı olduğunu qeyd edib. 

P.ƏMİRCANOV

XQ

 

Dünya