Rusiya Tayvan məsələsində Çini dəstəkləyir

post-img

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Moskvada Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi ilə görüşüb. Görüşdə N.Patruşev bildirib ki, Moskva Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Pekini dəstəkləyir. Məlumatı “Kommersant” verib.

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri hesab edir ki, beynəlxalq arenada Rusiya-Çin koordinasiyasının və qarşılıqlı fəaliyyətinin daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.

"Bu kontekstdə Qərbin Çini gözdən salmaq üçün istifadə etdiyi Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Pekinə davamlı dəstəyimizi təsdiq etmək istəyirəm", - deyə Nikolay Patruşev vurğulayıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya