Türkiyə və ABŞ-ın müdafiə nazirləri arasında  telefon danışığı

post-img

Türkiyənin müdafiə naziri Yaşar Gülər və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı olub. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin məlumatında bildirilir. Xəbəri “Anadolu” verib. 

Nazirlər müdafiə sahəsində məqsədlərə nail olmaq üzrə ikitərəfli və çoxtərəfli addımları müzakirə ediblər. 

Məlumatda deyilir: “Ostin və Gülər ABŞ və Türkiyə arasında çoxillik hərbi əməkdaşlığa yüksək qiymət verib, iki ölkə arasında sıx əlaqələrin davam etməsini alqışlayıblar”.

Hər iki nazir Türkiyə, İsveç və NATO arasında üçtərəfli danışıqları pozitiv qiymətləndirib. Eyni zamanda, ABŞ-ın Türkiyə müdafiə potensialının modernləşdirilməsinə mümkün dəstəyi ilə bağlı da fikir mübadiləsi aparılıb.  

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya