Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyev və ulu öndər Heydər Əliyev haqqında kitabların elektron versiyası hazırlanıb

post-img

Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş “Zəfər çələngi” və  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömürdən anlar”  adlı kitabların elektron versiyaları Bişkekdəki “turktoday.info”portalına yüklənərək oxucuların istifadəsinə verilib.

“Zəfər çələngi” kitabının müəllifləri professor Cümşüd Nuriyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyeva, Odlar Yurdu Universitetinin baş müəllimi Mayıl Orucov və həmin ali məktəbin dosenti Sevinc İbrahimovadır. 

 Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” kitabının nəşrində əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub. Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə edib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek   

 

 

 



Mədəniyyət